Jurnalist Kim Wall-ın cəsədi Danimarkada dənizdə tapıldı

Reportaj üçün araşdırmaçı Peter Madsen ilə dənizə açılan və bir daha xəbər alınmayan İsveçli jurnalist Kim Wallın cəsədi Danimarkada dənizdən tapıldı.
 
CNN bildirir ki, Danimarka polisi dənizdən tapılan cəsədin jurnalist  Kim Walla aid olduğunu təsbit edib. Polisin Twitterdə verdiyi açıqlamaya görə ekspertizanın nəticələrinə görə cəsədin Kim Walla aid olduğu sübut olunub.
Xatırladaq ki, Avqustun 10-da araşdırmaçı Peter Madsenin şəxsi sualtı gəmisi ilə Peterlə birlikdə dənizə  açılan Kim Wallın səfərdən qayıtmadığı haqda xəbərini Kimin sevgilisi polisə məlumat vermişdi.
Həmən axtarışa başlayan Danimarka polisi gəminin birdən-birə batdığını, özünün də dənizə atılaraq qurtulduğunu, Kim Wallın gəmiylə birgə batdığını bildirsə də, Peter Madseni gözaltına alınmışdı.
Məhkəməyə çıxarılan  Peter Madsen Kim Wallın qəza nəticəsində sualtı gəmi ilə birgə batdığını desə də, cəsədin bir velosipedçi tərəfindən sahildə tapılması onun bu cinayətlə bilavasitə əlaqəli olduğunu sübut edir.