​Jurnalist Fikrət Fərəməzoğlu həbs edildi

Tanınmış jurnalist, Jam.az saytının baş redaktoru Fikrət Fərəməzoğlu həbs edilib.
Muxalifet.az xəbər verir ki, bu barədə tezis.az-a jurnalistin həyat yoldaşı məlumat verib.
Onun sözlərinə görə, iyunun 30-u günorta saatlarında 3 nəfər mülki geyimli naməlum şəxs jurnalistin evinə daxil olaraq axtarış aparmaq adı ilə Fikrət Fərəməzoğluna məxsus "Notebook”u götürüblər. Jurnalistin həyat yoldaşı həmin şəxslərdən nələr olduğunu soruşanda onlar Fikrət Fərəməzoğlunun həbs edildiyini bildiriblər, lakin həbs olunma səbəbini açıqlamayıblar.
Fikrət Fərəməzoğlunun harada saxlanması və hansı ittihamla həbs edilməsi bəlli deyil.