​Jurnalist Elçin Zahiroğlu sərbəst buraxıldı

Bir neçə gün öncə həbs olunmuş jurnalist Elçin Zahiroğlu sərbəst buraxlıb.
Muxalifet.az azpolitika.info-ya istinadən xəbər verir ki, bu barədə onun yaxınları sosial şəbəkədə xəbər paylaşıblar.
Xəbər verildiyi kimi, “BakıPost” saytının baş redaktoru Elçin Zahiroğlu iyunun 1-də səhər saatlarında Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən saxlanılmışdı.
O, deputat Elmira Axundovanın oğlunun iddiaları əsasında saxlanılmışdı. Bu barədə Həbib Axundov özü də mediaya açıqlamasında bildirmişdi.
Jurnalistin dostları isə bu işdə bir anlaşılmazlıq və qurama olduğunu bildirərək, həqiqətin tezlikləüzə çıxacağını bildirirdilər.