Jozefdən ŞOK etiraf: DÇ-da Saxtakarlıq edildi

Baxış sayı:
2797

FİFA-nın eks-prezidenti Jozef Blatter 2022-ci ildəki futbol üzrə dünya çempionatının ev sahibliyinin Qətərə verilməsi zamanı saxtakarlıq edildiyini bildirib.
Muxalifet.az xəbər verir ki, bu etiraf Blatterin yeni dərc edilən kitabında yer alıb. Onun sözlərinə görə, ev sahibinin müəyyən edilməsi üçün təşkil edilən komissiya Qətərin dünya çempionatı üçün lazımi şəraiti təşkil edə bilməyəcəyi haqqında verilən konsultasiyaların heç birini diqqətə almayıb. O, Qətərin UEFA-nın keçmiş prezidenti Mişel Platininin təzyiqi ilə bu hüququ əldə etdiyini bildirib.
Qeyd edək ki, 2022-ci il futbol üzrə dünya çempionatı Qətərdə keçiriləcək.