​Jirinovskinin Tramp arzusu PUÇ OLDU

ABŞ Prezidenti Donald Tramp Amerikaya yaraşmır. Buna görə də bu ölkədəki seçki sistemini dəyişmək lazımdır.
Bunu jurnalistlərə açıqlamasında Rusiya Liberal Demokrat Partiyasının rəhbəri Vladimir Jirinovski söyləyib.
“Onun yerinə Hillari Klinton olsaydı, hər şeyi rahat idarə edərdi. İndi hakimiyyətdə Trampdır, amma dövləti idarə edə bilmir. Ona görə ki, o, bu vəzifəyə yaraşmır. Biz növbəti dəfə əmin olduq ki, ABŞ prezident respublikası yox, parlament respublikasıdır. Burada bütün qərarları Konqres verir. Reallıq odur ki, xalq da, Konqres də Trampa qarşıdır”, – deyə o bildirib.
Qeyd edək ki, 1 il öncə məhz Jirinovski Trampı Rusiya üçün ən böyük uğur adlandırırdı. O, hətta Trampın prezident seçilməsi şərəfinə şampan partladıb, bunun ABŞ-la münasibətləri düzəldəcəyini bildirmişdi./axar.az/