​Jirinovskidən UNİKAL TƏKLİF: “2” rəqəmini yığışdırın

Baxış sayı:
6763

Rusiya məktəblərində şagirdlərin 2 ilə qiymətləndirilməsi və məktəbdən uzaqlaşdırılması qadağan edilməlidir.
Muxalifət.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Rusiya Liberal Demokrat Partiyasının sədri Vladimir Jirinovski söyləyib. Onun sözlərinə görə, bunun vasitəsilə uşaqlarda travmaların qarşısını almaq mümkündür:
“Ümumiyyətlə, “2” rəqəmi yığışdırılmalıdır. Müsbət qiymət qoymaq üçün imkan yoxdursa, qoymayın. Uşaqlarda travma yaratmayın”.