Jirinovski: “Tramp bunu etsə, şampan içəcəyəm”

Əgər ABŞ Prezidenti Donald Trampın faəliyyəti impeçmentə səbəb olsa, mən onun istefası şərəfinə şampan içəcəyəm.
Bunu jurnalistlərə açıqlamasında Rusiya Liberal Demokrat Partiyasının sədri Vladimir Jirinovski söyləyib.
“Amerikalıların yarısı başqa xarici siyasətə səs vermişdi. Tramp öz vədlərini pozur. Əgər belə pozuntular olsa, onun impeçmenti qaçılmazdır. O zaman biz onun impeçmentini xüsusi qeyd edəcəyik. “Rusiyanın dostu yoxdur” deyirlər. Bütün dünya bizimlədir. Hər kəs həvəslə ABŞ-Rusiya duelini müşahidə edir və bizə - Rusiyaya azarkeşlik edirlər”, – deyə o bildirib.
Qeyd edək ki, ABŞ-dakı prezident seçkilərində Trampın qələbəsini qeyd edən əsas sima da V.Jirinovski idi.