Jirinovski terrora dəstək verib - HESABAT

Ukraynanın Baş Prokurorluğu terrorun maliyyələşdirilməsində şübhəsi ilə bağlı Rusiyanın Liberal Demokrat Partiyasının lideri Vladimir Jirinovskiyə qarşı hesabat hazırlayıb.
 
Bu barədə Baş Prokurorluğun rəsmi saytında məlumat yerləşdirilib. Hesabatda qeyd olunur ki, Jirinovski 2014-cü ilin mart-aprel aylarında qondarma Donetsk və Luqansk respublikalarına maliyyə yardımı təşkil edən qrup yaratmış və rəhbərlik etmişdir.
Ukraynanın Baş Prokurorluğu Jirinovskinin rəhbərlik etdiyi qrupun 6 nəqliyyat vasitəsinin həmin cinayətkar təşkilatların nümayəndələrinə çatdırılmasını həyata keçirdiyini bildirib.