Jirinovski: Serjant Rusiyada prezident olmaq istəyir

Rusiyanı serjant yox, marşal idarə etməlidir.
Bunu Rusiya Liberal Demokrat Partiyasının lideri Vladimir Jirinovski Kseniya Sobçakın 2018-ci ildə prezidentliyə namizəd olacağı qərarını şərh edərək deyib.
“Rusiyanı marşal idarə etməlidir, seçkilərə isə serjant gedir. Əlbəttə ki, Sobçak namizəd göstərilə bilər, lakin onun bir sıra keyfiyyətləri, arxasında tarixi epoxa olmalıdır. O hansı seçkilərdə olub? Heç birində. Heç yerdə, heç kim ona səs verməyib. Bu təhlükəlidir. Ölkəni mütəxxəsislər idarə etməlidir. Kim istəyir öz namizədliyini verə bilər. Bəs iki milyon imzanı necə toplayacaq? Təbii ki, alınmayacaq”, – deyə o bildirib.