​Jirinovski: Rusiyada prezidentlik LƏĞV EDİLMƏLİDİR

Baxış sayı:
2401

Rusiyada prezident vəzifəsi ləğv edilməlidir.
Muxalifət.az xəbər verir ki, bu sözləri öz Teleqram kanalında Rusiya Liberal Demokrat Partiyasının sədri Vladimir Jirinovski paylaşıb.
“Prezidentlik institutu Rusiyaya yaddır. O, yalnız Amerikaya uyğun gəlir. Rusiya üçün nə daha yaxındır? Bu, kollektiv idarəetmə orqanı olan dövlət şurasıdır. Buraya bütün qubernatorlar, əsas nazirlər, parlament rəhbərliyi, Ali Məhkəmənin hakimi daxil olmalıdır. Seçki isə hər il aprelin son çərşənbə axşamında keçirilməlidir”, – deyə o bildirib.