Jirinovski niyə canfəşanlıq edir? Rusiya İrana köməyə getsə - 1920 TƏKRARLANA BİLƏRMİ?

Baxış sayı:
5161

Dünyada vəziyyət gərginləşir. Bəzi analitiklərin fikrincə, Bağdaddakı hadisələrdən sonra (ABŞ səfirliyinə hücum və ABŞ Silahlı Qüvvələrinin İran generalı Qasim Suleymanini öldürməsi), söhbət genişmiqyaslı İran-ABŞ müharibəsindən gedir.
Bu müharibə birbaşa Gürcüstana təsir edə bilər. Daha doğrusu, Gürcüstana dost olmayan qüvvələr bundan istifadə edərək ölkəylə bağlı çoxdankı aqressiv planlarını həyata keçirə bilər. Bu planların təfərrüatları sosial şəbəkələrə sızır. Xüsusilə, Facebook-da "Azimut" adlı bir səhifədə. Budur, onu necə təsvir edirlər - real ssenarilərdən biridir.
Rusiya Qara dənizdəki Qara dəniz Donanmasını, Şimali Qafqazdakı 49-cu və 58-ci ordularını səfərbər etdi. Silah təchizatının yenilənməsi Gümrüdəki hərbi bazada tamamlandı, əsgərlərin 50% -i Rusiya vətəndaşı olan etnik ermənilərdir. Abxaziya və Samaçabloda 14 minlik qoşun tam gücdə səfərbər edildi. Onlar sursatla silahlanmış, stasionar xəstəxanalarla təmin olunmuşlar. Abxaziyada S-300, Sxinvalidə isə Tornado sistemləri var.

Rusiyanın Krıma görə cəzasız qalması və “Krımın cəzasızlıq sindromu” olaraq qalması Rusiya üçün yeni hədəflər açdı, bu Ukraynanın və Gürcüstanın şərqidir! İşğal olunmuş ərazilərdə, Ermənistanda və Şimali Qafqazda, eləcə də Belarusiyada hərbi təlimlər gedir.
Xəritədə gördüyünüz bu plan 2011-ci ildən bəri Rusiya baş qərargahındadır. Plan Gürcüstanın ayrılmasını, Sxinvali bölgəsindən Cavaxetiyə, xüsusən Tsxinvali-Borjomi-Axaltsixe-Axalkalaki-Ninotsminda-Gümriyə dəhlizin qurulmasını nəzərdə tutur!
Strateji müharibə planı. Cavaxetiya münaqişəsini qızışdırmaq və vətəndaşlarını qorumaq bəhanəsi ilə Gürcüstana hərbi qüvvə gətirmək (bu, Gürcüstan və Ukraynada dəfələrlə həyata keçirilmişdir) Qərbi Gürcüstanı Şərqdən qoparmaq, Tiflisi və Şərqi Gürcüstanı tamamilə mühasirəyə almaq üçün. Plan Gürcüstanın NATO və Avropa Birliyinə olan meylini birdəfəlik durdurmaqdır.
Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum, Bakı-Supsa və TANAP qaz kəmərlərini tutmaq. Bakı-Tbilisi-Qars dəmir yolunu da ələ keçirmək. Gürcüstan ərazisindən keçən Azərbaycan enerji daşıyıcıları üçün yolu bağlamaq ”.

Gürcüstana qarşı bu cür aqressiv planların həyata keçirilməsi təhlükəsi çox yüksəkdir və onlar üçün hazırlıqların davam etdiyinə dair təkzibolunmaz dəlillər var. General Süleymaninin öldürülməsindən sonra “əldəqayırma Tsxinvali separatçı rejimi” qəflətən Gürcüstanı da "terrorçuluqda" günahlandırması təsadüfi deyil.
“2005-2008-ci illərdə Cənubi Osetiya ərazisində Gürcüstanın xüsusi xidmət orqanları 22 terror aktı həyata keçirmiş, nəticədə 16 nəfər ölmüş, 34 vətəndaş müxtəlif dərəcəli bədən xəsarətləri almış, bəziləri əlil olmuşlar. Gürcüstanda terrorçuluq dövlət siyasətinin tərkib hissəsinə çevrilib. Sonra beynəlxalq ictimaiyyət "ikili standartlar" siyasətini seçərək bu cinayətləri qınamadı. Terroristləri yaxşı və pis deyə bölmək olmur ", deyə Separatçı XİN rəhbəri Dmitri Medoyev od püskürdü.

Yəni,  Gürcüstana təcavüzün "əsaslandırılması" artıq başlayıb. Ermənipərəst KİV-lər “Cavaxk erməniləri” ni unutmur, bu da Samtsxe-Cavaxetidə separatizmin artmasının ehtimal olunduğunu göstərir.
"kavkazplus"
Tərcümə etdi: Ülviyyə Şükürova
Muxalifet.az