Jirinovski deputatları TƏHQİR ETDİ: “Sizdən iyrənirəm” - VİDEO

Baxış sayı:
412

Rusiya Dövlət Duması deputatı Vladimir Jirinovski ilə deputatlar arasında yeni qalmaqal yaşanıb.
BakuPost xəbər verir ki, Jirinovski Rusiya kökənli  xarici vətəndaşlar üçün Rusiya vətəndaşlığını əldə etməyi asanlaşdırmağı nəzərdə tutan  qanun layihəsinin rədd edildiyindən sonra deputatlara tənqid dolu sözlər yağdırıb.  
Dövlət Dumasında çıxışı zamanı zaldakı deputatlara səslənərək bu sözləri deyib."Sizi boykot edərək zalı tərk edirəm. Sizlə eyni salonda oturmaq belə iyrənclikdir.  
Rus köklü bütün vətəndaşlara Almaniya başda olmaqla Avropa ölkələri vətəndaşlıq verir. Sizsə millətinizdən olan insanları Rusiya vətəndaşlığından məhrum edirsiz” - deyərək, çıxıb gedib.