Jirinovski: Amerikalıları məhv edəcəyik - VIDEO

Rusiya ABŞ-ın Odessada inşa etdiyi təlim qərargahını və amerikalı əsgərlərini Qara dənizdə batıracaq.
 
Bunu Rusiya Liberal Demokrat Partiyasının sədri Vladimir Jirinovski “Polit Naviqator” verilişində çıxışı zamanı deyib.
“Heç nə tikilməyəcək. Onları batıracağıq. Bura onların qəbri olacaq”, - Jirinovski ukraynalı jurnalist Yanina Sokolovskaya ilə mübahisə edərkən deyib.
“Biz onları orada – Qara dənizdə batıracağıq. Və Kiyev rəhbərliyini də məhv edəcəyik, bura rus torpağıdır”, - siyasətçi əsəbi şəkildə əlavə edib.
Sokolovskaya isə Jirinovskiyə cavabında deyib ki, kimisə batırmaqla bağlı bütün cəhdlər iflasa uğrayacaq:
“Burada, bütün bu ərazilərdə (Sokolovskaya əli ilə xəritədəki əraziləri göstərir - red) “Kolçuka” kompleksləri quraşdırılacaq. Bu ərazidə isə radiolokasiya sistemləri olacaq və Ukrayna əsgərləri dayanacaq. Burada hər şey Xarkovdakı cəbhə xəttindəkindən də möhkəmdir, ona görə də kimisə batırmaq istəyənlər öz qanlarında boğulacaq”.