“Jiquli”in təkəri partladı, aşdı – Sürücü ÖLDÜ

Samux rayonunda ölümlə nəticələnən yol qəzası baş verib.
 
Hadisə Samux şəhərindən Kür çayına gedən yolda qeydə alınıb.
 “VAZ 2106” markalı minik avtomobili hərəkətdə olarkən təkəri partlayıb və maşın aşıb. Nəticədə sürücü hadisə yerində ölüb.
 Faktla bağlı Samux rayon Polis Şöbəsində araşdırma aparılır./apa