"Jiquli" 30 yaşlı piyadanı vurub - XƏZƏRDƏ

Yaralı çoxsaylı sınıq xəsarətləri alıb
 
Bakının Xəzər rayonunda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Qəza Qala qəsəbəsində qeydə alınıb.
Yolu keçmək istəyən 30 yaşlı Pirallahı rayon sakini Yuri Filatovu "VAZ-2104" markalı avtomobil vurub. Piyada çoxsaylı sınıq xəsarətləri alıb. O, hadisə yerinə çağrılan "təcili yardım" avtomobili ilə xəstəxanaya çatdırlıb. Həkimlər onun həyatını xilas edə biliblər.
Hadisə yerinə Yol Patrul Xidmətinin əməkdaşları cəlb edilib. Avtomobil cərimə meydançasına yerləşdirilib. Sürücü ifadəsi alınması üçün Xəzər Rayon Polis İdarəsinə aparılıb.