“Jara” festivalında Alla Puqaçovaya təcili yardım çağrıldı

 Bakıda keçirilən "Jara" musiqi festivalında iştirak edən Alla Puqaçova təcili tibbi yardıma ehtiyac duyub.
 
Bakıdakı isti hava eyni zamanda digər rus sənətçilərinin də səhnə proqramlarına da təsir göstərib. Musiqiçilər İnstaqram səhifələrində belə istidə səhnədə çıxış etməyin çətin olduğunu etiraf ediblər.
Alla Puqaçovanın təzyiqi qalxdığı üçün həkimlərin köməyinə ehtiyac yaranıb. Müğənni Qriqoriy Lepsin yaradıcılıq gecəsində çıxış etməli idi. Amma özünü pis hiss etdiyi üçün təcili tibbi yardıma müraciət edib. Həkimlər Allaya tibbi yardım göstəriblər.
Qeyd edək ki, "Jara" musiqi festivalı 27 iyul tarixində açılıb. 4 gün davam edəcək festivalda 80-dən çox artistin çıxışı olub.