“İzahatım saxtalaşdırılıb” – Məhbus Cavid Şirəliyev

Deməyə sözüm var... 

7gun.az-ın saytının redaktoru 9 saylı Cəzaçəkmə müəssisəsində saxlanılan Cavid Şirəliyevdən açıqlama.
 
Məlum olduğu kimi mən Cavid Şirəliyev 22 sentyabr 2017-ci ildə Rüfət Səfərovla birlikdə Penitensiar Xidmətin 9 saylı cəzaçəkmə müəssisəsində hökm sürən özbaşınalıqlara və haqsızlıqlara etiraz olaraq aclıq aksiyasına başladığımızı elan etdikdən təxminən 20-25- dəqiqə sonra bizə xüsusi vasitələr (qandal və dəyənək) tətbiq etməklə işgəncələr verilmiş, nəticədə biz müxtəlif bədən xəsrətləri almışiq.
Bundan sonra mən və Rüfət Səfərov 10 (on) gün müddətinə cərimə təcridxanasına (kars) insan şərəf və ləyaqətini alçaldan şəraitdə saxlanılmışıq. Bütün bunlar azmış kimi mənim adımdan izahat yazılaraq şəxsi işimə əlavə edilmişdir.
Belə ki, mən səhhətimdəki problemlərlə əlaqədar 22 sentyabr 2017-ci il tarxili aclıq aksiyası ilə bağlı izahat yazmadığım halda əldə etdiyim mlumata görə şəxsi işimdə mənim adımdan Rüfət Səfərovun əleyhinə yazılmış izahat vardır.
Bundan başqa Xəzər rayon Prokurorluğunun müstəntiqi və 9 saylı Cəzaçəkmə Müəssisəsinin rəhbərliyinin iştirakı ilə məndən izahat aldı. Onların təhdid və təzyiqlərinə baxmayaraq, mən öz izahatımda mənə və Rüfət Səfərova işgəncələrin olduğunu qeyd etmişəm. Məndə olan başqa bir məlumata görə həmin izahat da saxtalaşdırılmışdır. 
Cavaid Şirəliyev olaraq qətiyyətlə bildirirəm ki, istər şəxsi işimdə, istərsə də Xəzər rayon Prokurorluğunda Rüfət Səfərovun əleyhinə olan izahatları mən yazmamışam, mənim həmin izahatlardan xəbərim yoxdur. Artıq mən hər iki faktla bağlı aidiyyəti dövlət orqanlarına müraciət etmişəm.
Mən izahatların saxtalaşdırılmasının hakimiyyətin mənə qarşı təxribatı hesab edirəm. 
Son olaraq aidiyyəti hüquq mühafizə orqanlarının rəhbər şəxslərini 22 sentyabr 2017-ci il tarixli aclıq aksiyası ilə bağlı yazılmış izahatlarla əlaqədar araşdırma aparmağa və saxtakarlığa yol vermiş şəxsləri məsuliyyətə cəlb etməyə çağırıram.