​İYİ Partiyasının rəhbərlərindən biri istefa verdi

Baxış sayı:
5920

Türkiyənin İYİ Partiyasının Trabzondakı nümayəndəliyinin rəhbəri Həsən Payızbülbülü istefa verib.
Muxalifet.az xəbər verir ki, bu barədə Payızbülbülü bu gün keçirdiyi mətbuat konfransında özü məlumat verib.
"Ölkəm və bütün inandığım dəyərlər üçün 6 aya yaxın müddətdə böyük şərəf və ləyaqətlə icra etməkdə olduğum vəzifəmdən istefa verirəm", - Payızbülbülü söyləyib.