İvanka Tramp Fil Dişi sahillərində

Baxış sayı:
12025

ABŞ prezidenti Donald Trampın 37 yaşlı qızı və müşaviri İvanka Tramp, atasının rəhbərlik etdiyi hökumətin inkişaf etməkdə olan ölkələrdə qadınların iş sahibi olmaları və işlə təmin edilmələrini təşviq etmək üçün ayırdığı 50 milyon dollarlıq proqramını tanıtmaq üçün 4 günlük Afrika turuna çıxıb.
 
İlk dayanacağı olan Fil Dişi Sahilində ölkənin əsas gəlir mənbəyi olan kakaonun istehsal edildiyi təsərrüfatları gəzən İvanka Tramp, qadın çalışanların sevgisi ilə rastlaşıb.
 
SƏNİ SEVİRİK
 
Qadın kakao fermerlərinə 2 milyon dollar yardım təşəbbüsü çərçivəsində Adzope qəsəbəsində bir fermer təsərrüfatına gedən ABŞ prezidentinin qızını qadın çalışanlar “We Loveyou” (Səni sevirik) yazılı plakatlarla qarşılayıb.
 
QADINLARLA RƏQS EDİB
 
İvanka Trampın kakao təsərrüfatındakı qadınlarla birlikdə rəqs etməsi, kameralara əks olunub.
Kakao istehsalçısı qadınlar ABŞ-ın həm əmlak kralı, həm də rəhbəri olan Trampın qızını hədiyyə etdikləri ənənəvi parçalara sarıyıb.

Müxalifət.az