İvanişvilinin sərvəti 5,7 milyarda çatdı – 275 MİLYONLUQ ARTIM

Gürcüstanın keçmiş baş naziri Bidzina İvanişvili sərvətini 275 milyon dollar artırıb.
Bu barədə informasiyanı Gürcüstan mətbuatı “Blomberq” agentliyinin milyarderlərlə bağlı hazırladığı reytinq cədvəlinə istinadən yayıb. Mətbuat İvanişvilinin sərvətinin 5,72 milyard dollara çatdığını bildirib. O, dünya milyarderləri sırasında 307-ci yerə yüksəlib.
Qeyd edək ki, İvanişvili Gürcüstanın boz kardinalı hesab edilir. Hakim Gürcü Arzusu Partiyasının rəhbəri olan İvanişvili vəzifədə olmasa da, ölkənin bütün siyasi sisteminə təsir etmək gücünü əlində saxlayır.