İvanişvilini bu şəxs əvəzləyəcək... - FOTO

Baxış sayı:
736

İrakli Kobaxidzenin Gürcüstanın hakim Gürcü Arzusu Partiyasına sədr seçiləcəyi gözlənilir.

Bunu yerli mətbuat yazıb.

Qeyri-rəsmi məlumatlara əsasən, partiya rəhbərliyində sədrliyin icraçı katib olan İ.Kobaxidzeyə verilməsi barədə qərar artıq qəbul edilib.

Yeni sədrin yaxın günlərdə seçiləcəyi gözlənilir.

Xatırladaq ki, partiyanın sədri Bidzina İvanişvili bu gün vəzifəsindən və siyasətdən getdiyini açıqlayıb.