İvanişvilidən SƏRT SÖZLƏR: “Saakaşvili qorxaqdır, Gürcüstana qayıtsa, həbs olunacağını bilir”

Baxış sayı:
9051

Gürcüstanın eks-prezidenti Mixail Saakaşvili vətəninə qayıtmayacaq, onu burada həbs gözləyir.
Muxalifet.az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə "Gürcü arzusu -demokratik Gürcüstan" hakim partiyasının sədri Bidzina İvanişvili "İmedi" telekanalında "Pirispir" proqramında qonaq olarkən bildirib.
"O, (Saakaşvili-red.) sadəcə qorxaq insandır. Əgər o, Gürcüstana gəlsə, o zaman həbsxanada yatmalıdır", - İvanişvili söyləyib.
Qeyd edək ki, M.Saakaşvili 2013-cü ildə prezident seçkilərində Georgi Marqvelaşvili qalib gəldikdən sonra ölkəni tərk edib. Keçmiş dövlət başçısı dəfələrlə ölkəyə qayıdacağını, hakimiyyət dəyişikliyinə nail olacağını bəyan edib. 
O, 2005-ci ildə deputat Valeri Qelaşvilini döydüyünə görə haqqında 6 il müddətinə axtarışla həbs qərarı verilib.