​İvanişvili Saakaşvilini hakimiyyətə QAYTARIR - eks-spiker

Baxış sayı:
7660

Gürcü Arzusu Partiyası bir neçə ildir böhrandadır.
Muxalifet.az xəbər verir ki, bunu “Sputnik Gürcüstan”a açıqlamasında Gürcüstanın eks-spikeri Nino Burcanadze deyib.
“Prezident seçkisində o, faktiki olaraq birinci turu uduzdu. İkinci turda İvanişvişli Gürcüstan üçün həddən artıq böyük olan 100 milyon dollar vəsaiti xərcləyərək, seçkinin taleyini dəyişdirdi. Burada həmçinin xalqın Mixail Saakaşviliyə münasibəti də rol oynadı. Zurabişvili və İvanişvilinin komandasına səs vermək istəməyənlər sadəcə seçkidə Vahid Milli Hərəkata səs verdilər. Hətta mənim yaxın ətrafım, o cümlədən Siyasi Şuramın üzvləri Zurabişviliyə Saakaşvilinin partiyasının güclənməməsi üçün səs verməyə getdilər. Bu, əslində Gürcü Arzususunun qələbəsi kimi göründü, amma praktik olaraq bu, məğlubiyyətin başlanğıcı idi. Onlar artıq konstitusion çoxluqlarını itiriblər. Əgər 2020-ci ildə İvanişvili yenidən seçkini saxtalaşdırmaq istəsə, bu, inqilabla bitəcək ki, o da Saakaşvilinin əlinə oynayacaq”, – deyə o bildirib.
O, Saakaşvilinin hakimiyyəti dönəmində buraxdığı səhvlərin onun həyata keçirdiyi müsbət reformların üzərindən xətt çəkdiyini söyləyib:
“İvanişvili Saakaşvilidən qorxu vasitəsi kimi istifadə edir. O deyir ki, insanların mənim idarəetməmdən xoşlarının gəlmədiyini bilirəm, amma Saakaşvili gəlsə, daha pis olacaq. Bu oyun sayəsində Vahid Milli Hərəkat Partiyası güclənib. İndi onların 300000 yox, 800000 səsi var”.