İvanişvili Saakaşvilini Afinada döydürdü - GÜRCÜ MÜHACİRLƏRLƏ GÖRÜŞƏRKƏN

Baxış sayı:
1811

Gürcüstanın keçmiş prezidenti Mixeil Saakaşvilini Yunanıstan paytaxtı Afinada döyüblər.

Məlumatı “RİA Novosti” yayıb.

Bildirilib ki, o, Yunanıstan paytaxtında gürcü mühacirlərlə görüşə gəlib. Tədbir keçirilən binanın qarşısında naməlum bir gənc ona hücum edib və kəllə nahiyəsinə bir neçə yumruq vurub. Hadisə zamanı daha bir neçə nəfər xəsarət alıb.

O, bütün bunlara baxmayaraq mühacir həmvətənlərilə görüşərək siyasi planları barədə onları məlumatlandırıb.

Qeyd edək ki, M.Saakaşvili 2020-ci ilin may ayından Ukrayna Milli İslahatlar Şurası İcraiyyə Komitəsinin başçısıdır. Onun fiziki təzyiqə məruz qalması səbəblərindən birinin Azərbaycanla bağlı olduğu ehtimal edilir. M.Saakaşvili çıxışında Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyini bildirib. Yunanıstanla Ermənistan Dağlıq Qarabağın işğal olunmasında eyni mövqedən çıxış etdikləri üçün hadisəni ermənilərin, yaxud onları dəstəkləyən yunanların törətdiyi istisna edilmir. Polisin hadisə yerinə gec gəlməsi və müdaxilə etməməsi döyülmənin əvvəlcədən qurulduğu ehtimalını artırır./report