"İvanişvili işemik şok keçirib və Almaniyaya aparılıb" – Gürcü jurnalist

"Gürcü oliqarxı Bidzina İvanişvili Almaniyadadır. O, Münhen ətrafındakı klinikaların birində işemik şok diaqnozu ilə müalicə olunur".
 
"apsny.ge" saytının verdiyi xəbərə görə, bunu Gürcüstanda nəşr olunan "Xronika +" qəzetinin baş redaktoru Eliso Kiladze bildirib. O, öz mənbələrinə istinadən B. İvanişvilinin səhhəti ilə əlaqədar ətraf aləmdən təcrid olunacağını deyib: "İstənilən emosiya - müsbət və ya mənfi - geniş insulta səbəb ola bilər. Yaxın aylar ərzində o, təcrid olunacaq. O, siyasətdən kənarlaşıb".
 Qeyd edək ki, "Rustavi 2" telekanalının baş direktoru Nika Qvaramiya da B. İvanişvilinin səhhətinin pisləşdiyini bildirib. Lakin iş adamının oğlu Bera İvanişvili bu iddiaları təkzib edib.