​İvanişvili HAMINI SİLİR: “Gürcü Arzusu”nun qurucusu da getdi

Baxış sayı:
11656

Gürcüstan parlamentinin ən nüfuzlu deputatlarından biri - Eka Beseliya Gürcü Arzusu Partiyasını tərk edəcəyini bəyan edib.
Muxalifet.az axar.az-a istinadən xəbər verir ki, Beseliya bu addımı partiyanın 2025-ci ilin sonuna qədər şəhər, rayon və apellyasiya məhkəmələrinə qeyri-müəyyən müddətə hakim təyinatı prosesinin dayandırılması təşəbbüsünü dəstəkləməməsindən sonra atıb. O, bundan sonra parlamentdə müstəqil deputat olacağını bildirib.
Qeyd edək ki, Beseliya 2011-ci ildə Bidzina İvanişvili ilə birgə Gürcü Arzusu Partiyasını yaradanlardan biri olub. Beseliyanın partiya ilə münasibətləri keçən ilin sonundan etibarən pozulub. Belə ki, bunun sayəsində o, keçən il parlamentin Hüquq Komitəsinin sədri vəzifəsini tərk edib.
Son zamanlar partiyanın rəhbəri Bidzina İvanişvili ilə partiyanın nüfuzlu nümayəndələri arasında münasibətlər kəskinləşib. Beseliya ilə bərabər İvanişvili partiyanın daha bir dəstəkçisi olan iş adamı Mamuka Xazaradzeyə qarşı da fəaliyyətə başlayıb. Xazaradzenin “TBC Bank”ına qarşı təqiblər güclənib, iş adamının əlindən Anakliya limanının alınması prosesinə start verilib.