İvanişvili gürcü müxalifətinin planını məhv etdi - Rus ekspert

Baxış sayı:
7087

Gürcüstanda aksiyalara baxmayaraq, hakimiyyət hələ də güclüdür.
Muxalifet.az "24News.ge" saytına istinadla xəbər verir ki, bu sözləri rusiyalı siyasi ekspert Nikolay Silayev deyib.

“Hazırki situasiya olduqca qeyri-müəyyəndir. Lakin fikrimcə, Gürcü Arzusu, ümumiyyətlə, hakimiyyət hələ güclüdür. Müxalifətin çıxışları davam edəcək. Hakim partiya deputatlarının proporsional seçki ilə bağlı qərarı müxalifətə ağır zərbə oldu. Mən Vahid Milli Hərəkatı, onun törəmələrini və parlamentdə olub təsir güclərini artırmağı hədəfləyənləri nəzərdə tuturam. Bu, Gürcüstan Vətənpərləri Alyansıdır. Bu qərar hazırda parlamentdə olmayanlara, lakin oraya can atanlara güclü təsir etdi: Nino Burcanadze və onun Demokratik Gürcüstanı... İvanişvili çoxlarının planını məhv etdi”, - deyə politoloq bildirib.
Silayev əlavə edib ki, mitinqin dağıdılmasından sonra müxaliflər yenidən birləşə bilər. Son baş verənlərin ölkə müxalifətinin birləşməsinə şans yaratdığını da o qeyd edib.
Muxalifet.az