İvanişvili bütün pullarını xalqa xərcləyəcəyini elan etdi - Gürcüstanın “sahibi”-nin 4.5 MİLYARD DOLLARLIQ PLANI

Baxış sayı:
316

Milyarder və Gürcüstanın qeyri-formal lideri, oliqarx Bdzina İvanişvili 5 milyard dollarlıq sərvətinin 4.5 milyard dollarını xeyriyyəçilik məqsədi ilə xalqa xərcləyəcəyini elan edib.

Muxalifet.az Virtualaz.org-a istinadən xəbər verir ki, İvanişvili bu haqda yerli  “Entrepreneur” nəşrinə müsahibəsində deyib.

“Mən bunu əvvəllər də demişəm və indi də təsdiqləyirəm ki, öz sərvətimin azı 90 faizini ictimai işlərə və xeyriyyəçiliyə yönəldəcəyəm. Yeri gəlmişkən, bu bəyanat belə görünür ki, yalana və böhtana istiqamətlənən opponentlərə xoş gəlməyib, onlar bu niyyəi hər cür qaralamağa çalışırlar”,-İvanişvili deyib.

Oliqarx deyib ki, uzun illər ərzində xeyriyyəçiliklə məşğul olub, amma bu haqda publikaya danışmayıb. “Mən bu fəaliyyətlə publik şəkildə danışmadan o zamana  qədər məşğul oldum ki, həyatıma siyasət daxil oldu və necə deyərlər, hər şeyi baş-ayaq çevirdi”,-o deyib.

İvanişvilinin sözlərinə görə, siyasətə girməsi onun həyatında ən böyük xeyriyyəçilik aktı olub, çünki eks-prezident Mixail Saakaşvili ilə siyasi mübarizə nəinki onun kapitalını, eləcə də ailə üzvlərinin həyatını təhlükədə qoymuşdu.

“Bundan çıxış edərək mənim siyasətdə iştirakım hakimiyyətin dinc yolla dəyişməsinə imkan yaratdı və bunu mümkün etdi. Elə rejimin ki, xalqın əziləməsinə əsaslanırdı. Bu yəqin ki, mənim həyatımda nə vaxtsa etdiyim ən düzgün, ən qiymətli hərəkət idi”,-Bdzina İvanişvili vurğulayıb.

Hakim “Gürcü arzusu” partiyasının lideri onu da deyib ki, Tbilisi, Abastumani, Tsaxaltubo və dənizkənarı Şekvetilidəki otellərini, turizm obyektlərini yarı qiymətinə satmağa hazırlaşır. Məqsədi biznesi və Gürcüstanda turizmin inkişafını stimullaşdırmaqdır.