İvanişvili ABŞ-a qarşı - Anakliya layihəsi Çinə verilir

Baxış sayı:
7540

Gürcüstan hökuməti “Anakliya Konsorsiumu” ilə razılaşmanı ləğv etməyə hazırlaşır.
Muxalifet.az axar.az-a istinadən xəbər verir ki, bu məlumatı “Rustavi 2” televiziyası yayıb. Məlumata görə, rəsmi Tiflis bunun üçün martın 15-də dünyada məşhur hüquq firmalarından biri olan “White & Case” ilə müqavilə imzalayıb.
Tiflisin bu addımı bir müddət əvvəl ölkənin boz kardinalı Bidzina İvanişvili ilə münasaibətləri pozulan konsorsiumun rəhbəri Mamuka Xazaradzeyə qarşı atdığı bildirilib. Artıq hökumətin konsorsiuma alternativ axtardığını, xüsusən bu iş üçün Çin şirkətiylə danışıqlar apardığı vurğulanıb.
Qeyd edək ki, “Anakliya Konsorsiumu” Xazaradzenin rəhbəri olduğu “TBC Bank” və ABŞ-ın “Conti İnternational LLC.” şirkətləri tərəfindən yaradılıb. Hazırda konsorsiuma ABŞ-ın “SSA Marine”, “British Wondernet Express” və Bolqarıstanın “G-Star Ltd” şirkətləri də daxildir.