İvanaşvili ABŞ-ın Gürcüstana təyin etdiyi yeni səfir namizədini əngəlləyib – QALMAQAL

Baxış sayı:
7291

Gürcüstanın qeyri rəsmi hakimiyyət başçısı İvanişvili ABŞ-ın Gürcüstana təyin etmək istədiyi yeni səfir namizədi Bricit Brinka-nı bloklayıb.
 
Bu barədə ABŞ-ın nüfuzlu nəşri “Foreign Policy” qəzeti məlumat verib.
Qəzetin dərc etdiyi məqalədə mənbələrinə əsaslanaraq bildirilir ki, Gürcüstan hökuməti ABŞ-ın yeni səfir namizədi Bricit Brinki keçmiş prezident Mixail Saakaşvili tərəfdarı saydığı üçün onun namizədliyini qəbul etməyib.
Gürcüstanın keçmiş və indiki hökumət nümayəndələri Vaşinqtonda qəzetə verdiyi açıqlamada, Gürcüstan hökumətinin Bricit Brinkin təyinat qərarını təsdiqləməyəcəyi qeyd edilib.
Qeyri-rəsmi məlumata əsasən, ABŞ-ın yeni səfir təyinatını şəxsən “Gürcü arzusu” Partiyasının lideri Bidzina İvanişvili əngəlləyib.
Müxalifət.az