İTV-dən gedən aparıcı kanalın populyar olmadığını dedi

Aparıcı Kamran Quliyev İTV-dəki işindən ayrılıb.
 
Axşam.az xəbər verir ki, bu haqda o, özü məlumat verib.
Kamran getməyinin səbəbini bu cür açıqlayıb:
“Artıq 1 aydır ki, işdən çıxmışam. Qarşılıqlı danışma, razılaşma yolu ilə belə addım atdım. İctimai kanalda maraqlı layihələr etdim. Amma izlənmədi. Həmin verilişləri hansısa baxımlı kanalda etsəydim, indi küçədə məni tanımayan olmayacaqdı”.
K.Quliyev yeni mövsümdə efirdə fərqli bir formatda verilişlə görünəcəyini söyləyib:
“Artıq proqramlarım sahibi olduğum “KA Media” prodakşında hazırlanacaq. Burada şərt deyil ki, aparıcı kimi mən görünüm. Daha səviyyəli, maraqlı iki veriliş gəlir. Əvvəl düşünürdüm ki, sentyabrda efirə çıxım. Amma daha keyfiyyətli layihə əldə etmək üçün proqramım bir az gec təqdim olunacaq”.