İtkin şahzadənin harada olduğu ortaya çıxdı!

Baxış sayı:
5647

Birləşmiş Ərəb Əmrlikləri (BƏƏ) dövlət başçısının müavini, baş naziri və Dubayın əmiri Şeyx Məhəmməd bin Raşid Al Maktumun son arvadı şahzadə Hayanın ərini tərk etdiyi və saxlandığı İngiltərənin paytaxtı Londonda "qorxu içində yaşadığı" irəli sürülüb.
 
Xəbərə görə, İordaniya mənşəli və İngiltərə təhsilli Haya, şəhərin mərkəzindəki Kensington Sarayı Bağçaları bölgəsində 85 milyon (605 milyon TL) sterlinq dəyərindəki bir evdə yaşayır. Xəbərdə, Hayanın ərindən qaçmasının əsas səbəbinin əmirin BƏƏ-dən qaçmağa çalışarkən tutulan qızı Lətifənin yaşadıqları ilə bağlı olduğu deyilir.
Şahzadənin "yaxın ətrafına" söykənilən xəbərə görə, Lətifənin geri gətirilməsi ilə bağlı yeni məlumatlar əldə edən Haya, özünü təhlükəsiz hiss etmədiyi ölkədən qaçma qərarı alıb. Hayanın Londonda BƏƏ tərəfindən "qaçırılma" qorxusu içində yaşadığı iddia edilib.
 
Diplomatik böhran çıxa bilər
 
BƏƏ-nin Hayanın qaytarılmasını istədiyi təqdirdə İngiltərə ilə bu ölkə arasında diplomatik bir böhran yaşana biləcəyi ifadə edilir. Hayanın da belə bir tələb qarşısında İngilis Ali Məhkəməsində haqqını müdafiə etməyə hazırlandığı iddia edilir.
İordaniya kralı Abdullahın da ögey bacısı olan Hayanın bu ölkə ilə BƏƏ arasında da problem yaratması ehtimalı var.
Müxalifət.az