İtkin düşən Türkiyə əsgərlərinin CƏSƏDİ TAPILDI
24-03-2018 11:13
Baxış sayı:
4129

Türkiyə ordusunun "Zeytun budağı" əməliyyatı zamanı şəhid olan iki türk əsgərinin cəsədi tapılıb.
Muxalifət.az xəbər verir ki, əməliyyat zamanı Türkiyə ordusunun əsgərləri - Kaan Usta və Məhməd Muradoğlu itkin düşmüşdü. Hava şəraitinin əlverişli olmaması səbəbindən onların cəsədləri tapılmamışdı. Türk ordusu Afrində nəzarəti tam ələ keçirəndən sonra sözügedən şəhidlərin cəsədləri tapılıb.
Baş leytenant K. Usta və əsgər M. Muradoğlunun nəşi DNT analizinə göndərildikdən sonra ailələrinə təhvil veriləcək.