​İtkin düşən şəxsin meyiti dəniz kənarında tapıldı

Bakıda itkin düşmüş şəxsin meyiti tapılıb.
Xəzər Rayon Polis İdarəsindən verilən məlumata görə, Xəzər dənizinin Şüvəlan qəsəbəsi ərazisindəki dəniz çimərliyində naməlum kişi meyiti aşkarlanıb.
Araşdırmalar zamanı meyiti tapılan şəxsin iyulun 2-də Sabunçu rayonunda itkin düşmüş Əmrah Əliyev olması müəyyən edilib.
Faktla bağlı araşdırma aparılır.