​İtkin düşən balıqçıların batdığı ehtimal olunur - YENİLƏNİB

Baxış sayı:
1450

Fövqəladə Hallar Nazirliyi Qazaxda göldə batan balıqçılar barədə məlumat yayıb.
Fövqəladə Hallar Nazirliyinin verdiyi məlumata görə, 10 mart 2018-ci il tarixində saat 23:00 radələrində 1981-ci il təvəllüdlü Omarov Aqif Sadiq oğlunun və 1978-ci il təvəllüdlü Məmmədov Elşən Rişad oğlunun balıq tutmaq istəyərkən Ağstafaçay su anbarında batdığı ehtimal olunur.
Kiçik Həcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub. Əlavə məlumat veriləcək.
 
***
11.44
 
Qazax rayon Böyük Cəfərli kənd sakinləri Didvan gölündə batıb.
APA-nın Qərb bürosunun məlumatına görə, dünən axşam saatlarında Ağstafaçay su anbarında (Didivan gölü) balıq tutan kənd sakinləri 1984-cü il təvəllüdlü Aqif Ömərov və 1978-ci il təvəllüdlü Elşən Mustafayev göldə batıblar.
Hazırda Fövqəladə Hallar Nazirliyinin xilasediciləri tərəfindən meyitlərin axtarışı aparılır.