İtalyanlardan Türk məhsuluna qarşı qaralama kampaniyası

Baxış sayı:
6211

 Türk fındığını qaralamağa çalışan İtalyanlar Avropa Parlamentinə Türk fındığında kanserogen "aflatoksin maddəsi olduğu iddiasıyla layihə təqdim edib. İtalyan fındığının dəstəklənməsi istənilən layihəyə sektor nümayəndələri, "Bu əxlaqsız və qəbul edilməz bir haldır. İstədikləri qiyməti endirməkdir" sözləri ilə təpki göstərib.
 
 Dünyanın ən keyfiyyətli fındığının Qara dəniz regionunda yetişən Türk fındığı olduğu üçün hücumlara məruz qaldığını deyən AK Partiya Giresun millət vəkili Səbri Öztürk, "Bu köhnə bir taktikadır. Qara dəniz fındıq istehsalında dünya lideridir. Bunu bütün dünya qəbul edir və Avropadakı şokolad istehsalçıları bunu onsuz da bilir. Bunu çox yaxşı bilənlərdən biri də İtaliyadır. Bir sıra yanlış iddialarla Türk fındığının dəyərini aşağı salmağa çalışırlar. Kənd Təsərrüfatı Nazirliyi və sektor nümayəndələri ilə lazımi tədbirləri görmək üçün əlimizdən gələn səyləri göstərəcəyik" deyə söyləyib.
Müxalifət.az