İtalyan mətbuatı: “Prezident Ərdoğan Avropalı liderlərlə SİÇAN KİMİ OYNAYIR”

Baxış sayı:
4357

İtalyan “La Repubblica” qəzetində çıxan yazıda, prezident Ərdoğanın Avropalı liderlərlə pişiyin siçanla oynaması kimi oynadığı ifadə edilib.
 
Türkiyə dövlətinin başçısı Rəcəb Tayyib Ərdoğan, Bolqarıstanda keçirilən Varna Toplantısında Avropa Birliyi rəsmiləri ilə bir araya gəlmişdi.
Ərdoğanın bu görüşündən sonra Ankarada Suriya mövzusunda sammit keçirildi. Dünyanın yaxından təqib etdiyi 3lü sammitdə bir araya gələn liderlər, Suriya məsələsində böyük ölçüdə razılığa gəldi.
Prezident Ərdoğanın Varna və Ankara zirvə toplantılarına qatılaraq Avropada və Orta Şərqdə ağırlığını ortaya qoyması, İtalyan mətbuatının diqqətini çəkib.
 
TÜRKİYƏNİN ƏLİ GÜCLƏNİR
 
Ölkənin aparıcı qəzetlərindən olan “La Repubblica”-da, "Aİ ilə Türkiyədən hansı pişik, hansı siçan"? başlıqlı analitik yazı dərc olunub.
Analizdə, prezident Ərdoğanın bölgədə atdığı həlledici addımlara diqqət çəkilərək Türkiyənin gündən günə əlini gücləndirdiyi vurğulanıb.
 
AVROPALILAR ƏRDOĞANIN ƏLİNDƏ SİÇAN OLDU
 
Avropa Birliyinin qaçqın müqaviləsi daxilində Türkiyəyə verəcəyi pula yaşıl işıq yandırmasının Ərdoğanı daha da gücləndirdiyini ifadə edən İtalyan jurnalist, Avropalı liderlərin həqiqəti dərk etməsini gözlədiyini yazıb.
Brüsselin Ərdoğanın əlində siçan olduğunu yazan jurnalist yazının davamında, AB-nin xarici siyasətini yenidən nəzərdən keçirməsini istəyib.
Müxalifət.az