​İtaliyan nəşri: Azərbaycanda elektrik enerjisi...

Baxış sayı:
1912

İtaliyanın nüfuzlu “Agenzia Nova” xəbər saytında “Azərbaycanda elektrik enerjisinin istehsalı 2017-ci illə müqayisədə 3,4 faiz artıb” sərlövhəli yazı yerləşdirilib. Muxalifet.az xəbər verir ki, yazıda ötən il Azərbaycanda elektrik enerjisi istehsalının 22,52 milyard kilovat-saat təşkil etdiyi bildirilib. Qeyd olunub ki, bu, 2017-ci ildəkindən 3,4 faiz çoxdur. Ötən il Azərbaycandan Rusiyaya, Gürcüstana, İrana və Türkiyəyə elektrik enerjisinin ixracı əvvəlki illə müqayisədə 14,2 faiz artıb. Yazıda bildirilib ki, Azərbaycanda ümumi gücü 6 min meqavat olan 30-dan çox elektrik stansiyası var.