İtaliyadakı Konfransda nələr oldu? TÜRKİYƏ MASADAN NİYƏ QALXDI..

Baxış sayı:
6694

Liviyadakı 7 illik xaosa həll tapmaq üçün keçirilən sammit qalmaqalla sona çatıb. İtalyanlar sammit ərzində "Aralıq dənizi" adlı qeyri-rəsmi ayrı bir toplantı tərtib edib. Görüşün gizli gündəliyinə Türkiyə çox sərt reaksiya verib.
 
Haber7.com / Taha Dağlı
 
SÖZDƏ LİVİYA ÜÇÜN TOPLAŞDILAR
 
İtaliyanın Palermo şəhərində Liviya Konfransı keçirilib. Türkiyə də konfransdaydı. Sammitin məqsədi Liviyada 7 ildir davam edən xaos və siyasi böhran həll tapmaqdı. Ancaq konfransın sona çatmasına az qalmış əsil niyyətlər ortaya çıxdı.
 
NEFT ZƏNGİNİ LİVİYA PARÇALANMANIN ASTANASINDA
 
Liviya “Ərəb Baharı” dövründə vətəndaş müharibəsinə səhnə olan ölkələrdəndir. Afrikanın ən zəngin neft ehtiyatlarının olduğu Liviyada 2011-in fevralında başlayan etiraz üsyanları, oktyabr ayında Qəddafinin öldürülməsi ilə sona çatmışdı. Ancaq Liviyaya əmin-amanlıq heç zaman gəlmədi. Toqquşmalar illərlə davam etdi. ABŞ-ın dəstəklədiyi general  Hafterin çevrilişindən sonra Liviya ikiyə parçalanmaq təhlükəsi ilə üzləşdi. Çünki 2015-dən bu yana Liviyada iki ayrı hakimiyyət var. Biri paytaxt Tripoli mərkəzli Beynəlxalq Anlaşma Hökuməti, digəri isə ölkənin şərqində Tobruk mərkəzli çevrilişçii Hafterə bağlı rəhbərlikdir.
 
İTALYANLAR SÖZDƏ "HƏLL GÖRÜŞÜ" KEÇİRİB
 
Liviyadakı böhrana həll tapmaq üçün İtaliyanın Palermo şəhərindəki toplantıya Türkiyə də çağırılmışdı. Türkiyə prezidentinin müavini Fuad Oqtayın başçılıq etdiyi Türk heyəti, konfransdakı gizli gündəliyin üzə çıxması ilə sərt reaksiya göstərərək masanı tərk edib.
 
“ARALIQ DƏNİZİNİN QƏHRƏMANLARI” - Deyə AYRICA GÖRÜŞ KEÇİRDİLƏR
 
İtaliyanın baş naziri Giuseppe Conte, sammitdə ayrı bir toplantı tərtib edib. Toplantıda çevrilişçi general Hafter, onun ən böyük dəstəkçisi olan Misirdəki çevrilişçi Sisi də vardı. Sammitin ev sahibi olan İtaliyanın baş naziri, çevrilişçi Sisi ilə digər bir çevrilişçi Hafteri yanına alaraq, qeyri rəsmi bu görüşü “Aralıq dənizinin qəhrəmanları Liviya üçün bir arada" qeydi ilə sosial media hesabından paylaşıb.
 
TÜRKİYƏ ÇOX SƏRT REAKSİYA VERDİ
 
Prezidentin müavini Fuad Oqtay, qeyri-rəsmi toplantının ortaya çıxması ilə sözdə Liviya üçün keçirilən konfransı tərk edib. Oqtay toplantı ərzində toplantı keçirən, üstəlik bunu qeyri rəsmi şəkildə, istədiyi kimi siyasətə alət edən İtaliyaya sərt reaksiya göstərib.
 
TÜRKİYƏSİZ ARALIQ DƏNİZİ OLA BİLMƏZ MESAJI
 
İtalyanlar “Aralıq dənizinin qəhrəmanları" adı altında iclas keçirib, Aralıq dənizinin sahil ölkəsi olan Türkiyəni dəvət etməyiblər. Bunun adı tam mənası ilə bir "oldu bitdi" mesajıdır. Ancaq onların mesajına Türkiyə, "Türkiyəsiz Aralıq dənizi ola bilməz" mesajı ilə qarşılıq verərək, masadan çəkilib. Təşkil edilən bu təxribat xarakterli oyunu da hamısının üzlərinə vurub.
 
MƏSƏLƏ ŞƏRQİ ARALIQ DƏNİZİNDƏKİ ENERJİ MƏNBƏLƏRİ, YOXSA?
 
Bir müddətdir ki, Şərqi Aralıq dənizindəki qaz ehtiyatları ilə bağlı böhranlar baş verir. Türkiyə, İsrailə, çevrilişçi Sisiyə, Kipr yunanlarına və Yunanıstana qarşı haqlarını qorumaq üçün Aralıq dənizindəki fəaliyyətlərinə davam edir. Antalya açıqlarında da milli gəmimizlə qazma işləri aparılır. Bu prosesdə beynəlxalq hüquqa zidd şəkildə aparılan işlərə də təpki göstərir. Son olaraq İtalyan enerji şirkəti “Eni”-yə aid axtarış gəmisinin Türkiyə tərəfindən qarşısı alınmışdı.
 
LİVİYA XALQI DEYİL, LİVİYA NEFTİ VƏ ARALIQ DƏNİZİ ENERJİLƏRİ HƏDƏFDİR
 
Sözdə Liviya üçün toplaşan ölkələrin də əsl niyyətlərinin Aralıq dənizindəki enerji ehtiyatları olduğu həqiqəti var. Yəni Liviyada baş verən böhranlar heç kəsin vecinə deyil. Necə Fransızlar 2011-in martında Liviya NATO ilə bombalamışsa, bu gün də Liviya nefti və Aralıq dənizinin enerji mənbələri üçün Qərb yenə çirkli ittifaq və planlar hazırlamağa davam edir. Burada hesablarını pozan tək şey isə Türkiyənin artıq keçmiş Türkiyə olmamasıdır.
Müxalifət.az