İtaliyada virusdan ölənlərin sayı 1000-i keçdi

Baxış sayı:
2866

Çin koronavirusa, demək olar, qalib gəlib. İtaliya isə virusla mübarizədə qan itirir.

Bizimyol.info xəbər verir ki, Avropa dövlətində virusdan ölənlərin sayı 1000-i keçib. Son bir sutkada İtaliyada 189 nəfər həyatını itirib. Beləcə, ümumi say 1016-ya çatıb.

Dünəndən bəri İtaliyada təxminən 3 min nəfər virusa yoluxub. İndi burada 15 min 113 virus daşıyıcısı var.

Ümumdünya Səhiyyə Təşkilatının bir neçə dəqiqə əvvəl yaydığı məlumata görə, bütün dünyada koronavirus aşkarlanan insanların sayı 133 mini keçib. 4947 nəfər həyatla vidalaşıb.

Ümumi siyahıda İtaliya yalnız Çindən geri qalır. Asiya dövlətində 80 min nəfərdən çox virus daşıyıcısı yaşayır. Bu ölkədə virusdan 3169 ölüm qeydə alınıb.