İtaliyada sərxoş azərbaycanlı afrikalını döydü və...

Baxış sayı:
7265

İtaliyanın Sardiniya adasında yerləşən Olbia şəhərində Azərbaycandan olan bir miqrantın iştirakı ilə insident baş verib.

Bu barədə “Alguer” nəşri məlumat yayıb.

Nəticədə polis 31 yaşlı kişini zorakılığa, vəzifəli şəxsə müqavimət göstərdiyinə və sənədləri təqdim etmədiyinə görə həbs edib.

Hər şey azərbaycanlının şəhərin mərkəzində spirtli içki qəbul edərək 20 yaşlı afrikalı ilə dalaşması və onu döyməsilə başlayıb.

Belə ki, məhz bundan sonra afrikalı polisə şikayət edib və hüquq-mühafizə orqanlarının əməkdaşları azərbaycanlını saxlayıblar.

Saxlanılarkən o, polis əməkdaşlarının tələblərinə əməl etməkdən boyun qaçırıb və kəllə-yumruq ataraq onlara aqressiv şəkildə hücum edib.

31 yaşlı azərbaycanlı məhkəmənin qərarı ilə həbs olunub.

Xəbərdə o da bildirilir ki, həbs olunan şəxs İtaliyada cığınacaq almaq üçün müvafiq orqanlara ərizə ilə müraciət edibmiş...