​İtaliyada möhtəşəm KARNAVAL: İntibah dövrü, gözəl xanımlar...

Baxış sayı:
2971

Bu gün İtaliyanın bir neçə şəhərində möhtəşəm karnavala start veriləcək. Üç həftə davam edəcək karnaval Venesiyadan başlayacaq. Karnavalın əsas mərhələsi də Venesiyada olacaq.
Bu mərhələdə planlaşdırılan “Mariya yürüşü” və “Mələyin uçuşu” yürüşləri 2 və 3 fevralda keçiriləcək. Yürüşlər İtaliyanın ən gözəl qızını seçmək məqsədilə təşkil edilir. Karnavalda seçilən gözəl növbəti il buraxılışında mələk obrazını canlandıracaq.
Qeyd edək ki, karnaval iştirakçıları sadəcə maskalar taxmır, həm də intibah dövrünə aid paltarlar geyinərək bu bayrama rəng qatırlar.
Karnavalın 13 fevralda yekunlaşması nəzərdə tutulub(Publika.az).