İtaliyada meteoritin düşmə anı - VİDEO

Baxış sayı:
750

İtaliyanın Sardiniya adasının Torre Qrande bölgəsinə meteorit düşüb.

Axar.az xəbər verir ki, meteoritin düşmə anı avtomobillərdən birindəki kamera tərəfindən qeydə alınıb.

Göy cisminin düşməsi nəticəsində gecə saatlarında səma anidən aydınlanıb.

İtaliya mediası meteoritin dənizə düşdüyünü, hadisənin İspaniya və Fransanın bəzi bölgələrində də göründüyünü yazıb.