İtaliyada mafiyaya qarşı əməliyyat - Saxlanılan 24 nəfərin arasında mer də var

İtaliyanın Lombardiya vilayətində mafiya üzvlərinə qarşı əməliyyat keçirilib. 
Muxalifət.az Trend-ə istinadən xəbər verir ki, Milan, Montsa, Komo və digər şəhərlərdə keçirilən əməliyyatlar nəticəsində 24 nəfər saxlanılıb. 
Saxlananlar arasında Milan yaxınlığında yerləşən Serenyo qəsəbəsinin merinin də olduğu bildirilir. Mer İtaliyada fəaliyyət göstərən “Ndrangeta” mafiyası ilə əlaqələrdə şübəhli bilinib.