​İtaliyada hökumət böhranı – DANIŞIQLAR NƏTİCƏ VERMƏDİ

Baxış sayı:
6799

İtaliyada siyasi partiyaların koalisiya hökuməti qurmaq üçün martın 4-dən apardıqları danışıqlar nəticəsiz başa çatıb.
Muxalifət.az teleqraf.com-a istinadən xəbər verir ki, danışıqların başa çatmasından sonra çıxış edən Prezident Serjio Mattarella növbədənkənar seçkilər keçirilənədək bitərəf hökumətin qurulmasına çağırış edib.
Qeyd edək ki, martın 4-də İtaliyada keçirilmiş parlament seçkilərində heç bir siyasi partiya, yaxud, blok səs çoxluğu əldə edə bilməyib. Buna görə də seçkilərdə iştirak edən siyasi partiyalar arasında koalisiya hökumətinin qurulması üçün danışıqlar başlamışdı. Lakin seçkilərdən qismən səs çoxluğu əldə edən “5 Ulduz” bloku ilə sağ və sol bloklar arasında gedən müzakirələr nəticə vermədi.
Koalisiya danışıqlarının nəticəsiz olmasının əsas səbəblərindən biri kimi “5 Ulduz” blokunun keçmiş Baş nazir Silviya Berluskoni ilə anlaşmaq istəməməsi göstərilib. Digər yandan, sağ blokun ən böyük müttəfiqi Matteo Salvini də Berluskoni ilə əməkdaşlıqdan imtina edərək, “5 Ulduz” bloku ilə eyni koalisiyada təmsil olunmaq istəməyib. Sol Demokrat Partiya da, sağçılarla eyni koalisiyada olmaq təklifini qəbul etməyib.