​İtaliyada güclü partlayış: 2 ölü, 70 yaralı - Yeniləndi

Baxış sayı:
2692

Boloniya hava limanının yaxınlığında yanacaqla dolu tanker partlayıb.
Muxalifet.az xəbər verir ki, partlayış nəticəsində ən azı 2 nəfər ölüb, 70-ə yaxın yaralı var. Yaxınlıqda olan 10 avtomobil də partlayıb. Partlayışa səbəb tankerlə digər avtomobillərin toqquşması olduğu bildirilib.
Əhaliyə Borqo Paniqale bölgəsindən uzaq durmaq barədə xəbərdarlıq edilib.