İtaliyada da “Kataloniya” yaranır – Seçki keçirildi

İtaliyanın Veneto vilayətinin əhalisi dünən keçirilən regional referendumda qurumun tam muxtariyyətə çevrilməsinə səs verib. 
Bu barədə informasiyanı İtaliya mətbuatı yayıb. Seçkidə 2 milyondan çox insanın iştirak etdiyi bildirilir. Muxtariyyət tərəfdarları seçkidə 50,1% səs toplayıb. 
Qeyd edək ki, Veneto ilə bərabər, Lombardiya vilayətində də dünən referendum keçirilib. Referenduma əsas səbəb hər iki vilayətin mərkəzi hökumətdən daha geniş hüquqlar almaq istəməsi olub. İndiyə qədər hər iki bölgə qismən muxtar bölgə sayılıb.