İtaliya səfirindən Azərbaycanla bağlı açıqlama

İtaliya və Azərbaycan arasında əlaqələr həm siyasi, həm iqtisadi, həm də humanitar nöqteyi nəzərdən mükəmməldir.
Muxalifet.az xəbər verir ki, bu barədə İtaliyanın Azərbaycandakı səfiri Auqusto Massari deyib.
"Biz gələcəkdə də Azərbaycanla əlaqələrin möhkəmlənməsinə çalışacağıq, xüsusilə də energetika sahəsində, Azərbaycan iqtisadiyyatında İtaliya biznesinin iştirakının dərinləşməsi, mədəni əlaqələrin genişləndirilməsi və birgə tədbirlərin keçirilməsi nəzərdə tutulur", - səfir bildirib.
A.Massari iki ölkənin ali təhsil müəssisələri arasında əlaqələrin yüksək səviyyədə olduğunu da söyləyib: "Bu il İtaliya ali təhsil müəssisələrində 500-dən çox azərbaycanlı tələbə təhsil alacaq".