​İtaliya da Türkiyənin yanında - İnanılmaz güzəştlər

Baxış sayı:
1498

ABŞ Prezidenti Donald Trampın Türkiyəyə qarşı həyata keçirdiyi iqtisadi məhdudiyyətlərə qarşı çıxan dövlətlərin sayı artır.
Muxalifet.az xəbər verir ki, İtaliya da Türkiyəyə tam dəstək verəcəyini açıqlayıb.
İtaliyalı investorlar Türkiyəni seçəcəklərini bəyan ediblər. Eləcə də İtaliya dövləti qapılarını sonuna qədər türkiyəli iş adamlarının üzünə açıb. Viza, bu ölkədə yaşamaq üçün icazə və vergi ödənişləri ilə bağlı türkiyəli iş adamlarına güzəştlər ediləcək.
İtaliya digər dövlətlərdən olan investorlara 500 avro investisiya şərti irəli sürsə də, türkiyəli iş adamları üçün bu məbləği 100 avroya endirib. Lazımı sənədləri təqdim edən namizədlərə, ölkələrindəki diplomatik nümayəndəlikdə 48 saat ərzində viza verilməsinə imkan yaradılacaq.
İnvestor vizası ilə İtaliyaya daxil olanlar 2 illik qalma icazəsi əldə edir, daha sonra bunu 3 ilə uzada biləcəklər. 5 il yaşamaq icazəsi alanlar isə bu müddət başa çatandan sonra müddətsiz yaşamaq icazəsi ala bilər.
İtaliyanın Xarici İşlər naziri Enzo Moavero da Türkiyəyə dəstək mesajı göndərib:
“İlk düşüncəm, Aralıq dənizində ticarət və maliyyə balansı baxımdan çox mühüm bir ölkə ilə əməkdaşlıq etməkdir. Böhran hər birimiz üçün pis xəbərdir. Məsuliyyəli bir şəkildə bu hadisəyə münasibət göstərməliyik”.