​İƏT Şərqi Qüdsü Fələstinin paytaxtı elan etdi (YENİLƏNDİ)

Baxış sayı:
1680

İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Qüds məsələsi ilə bağlı İstanbulda keçirilən fövqəladə toplantısında yekun Bəyannamə qəbul edilib.
Muxalifət.az xəbər verir ki, bəyannamədə Şərqi Qüds Fələstinin paytaxtı elan edilib. Təşkilat dünya ölkələrini işğal altındakı Şərqi Qüdsü Fələstinin paytaxtı kimi tanımağa çağırıb.
Qeyd olunur ki, ABŞ qeyri-qanunu qərarından imtina etməsə, baş verənlərə görə məsuliyyət bu ölkənin üzərinə düşəcək.
Sənədə görə, BMT Təhlükəsizlik Şurası Qüdsün statusunu müəyyənləşdirən qərar üzərində işləməlidir.